Müğənni Qumral sosial şəbəkə hesabında etdiyi paylaşım ilə diqqət çəkib.Yenilik.az xəbər verir ki, sənətçi vaxtilə onu tez-tez efirlərə dəvət edən aparıcıların indi ona qarşı laqeyd münasibət göstərdiyini bildirib.
"Bəzi 'dost' deyən aparıcılar haradasınız? Bir həftədə 10 dəfə çağırırdınız, gəlməyəndə inciyirdiniz.Hardasız? nədən qorxursunuz? Bir gündə 3 verilişə belə getmişəm. Yorulsam da sözünüzü yerə salmırdım. İndi isə heç insan kimi yada salmırsınız...".