EN

İngiltərə Kuboku: “Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” olub

Bakı, 26 aprel, AZƏRTAC

Futbol üzrə İngiltərə Kubokunda ikinci finalçı bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinalda “Lids Yunayted”lə qarşılaşan “Çelsi” rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 23-cü dəqiqədə Enzo Fernandes vurub.

“Çelsi” finalda “Mançester Siti” ilə üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 16-da keçiriləcək.

Chosen
16
1
azertag.az

4Sources