ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlaması ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, Tramp İranın neft infrastrukturunun ciddi təhlükə ilə üz-üzə qaldığını və bu prosesin yaxın 72 saat ərzində baş verə biləcəyini bildirib.
Onun sözlərinə görə, vəziyyət son dərəcə həssas mərhələyə çatıb və hadisələrin inkişafı artıq saatlarla ölçülür. ABŞ lideri qeyd edib ki, Tehranla aparılan danışıqlarda üstünlük tam şəkildə Vaşinqtonun tərəfindədir.
Tramp vurğulayıb ki, hazırda bütün əsas rıçaqlar ABŞ-nin əlindədir və danışıqlar prosesində “bütün kartlar” məhz Vaşinqton tərəfindən idarə olunur. Bu isə o deməkdir ki, yekun nəticələr əsasən ABŞ-nin diktə etdiyi şərtlər çərçivəsində formalaşa bilər.
Musavat.com