EN

Musa bu mövsüm Premyer Liqada ən çox qol vuran yerli hücumçudur

style='margin-bottom:10px;'>

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı bu mövsüm Misli Premyer Liqasında ən çox qol vuran azərbaycanlı hücumçudur.

QOL.az xəbər verir ki, 24 yaşlı futbolçu bu gün 29-cu turun “Neftçi”yə qarşı səfər matçında (5:1) dubl edib. O, həmçinin oyunda bir qolun ötürməsini də verib.

Beləliklə, Qurbanlı 2025/26 mövsümü Premyer Liqada qollarının sayını 7-ə çatdırıb (20 oyunda).

Ümumən bu mövsüm Azərbaycan çempionatında ən çox qol vuran yerli oyunçu “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovdur - 9 qol. “Qarabağ”ın müdafiəçisi/yarımmüdafiəçisi Toral Bayramlı da M.Qurbanlı kimi 7 dəfə fərqlənib.

Chosen
3
1
teleqraf.com

2Sources