EN

Qurban Qurbanov: Böyükhesablı qələbə futbolçulara rahatçılıq verə bilər

"Bəzi rotasiyalar etdim. Futbolçular sıx qrafikdə oynayırdılar. Bəzi oyunçuların yorğunçuluğu çox idi. Ona görə rotasiyalar etdik. Futbolçular yaxşı məşq edirdilər, hazırlaşırdılar. Özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər".

Teleqraf xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXIX turunun "Neftçi"(1:5) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis "Neftçi" ilə oyuna hazırlaşmağa çox vaxtlaarı olmadığını bildirib:

"Hazırlaşmağa bir o qədər vaxtımız da olmadı. Komanda şəklində bir məşqimiz oldu. "Neftçi"yə qarşı oynayırıqsa, futbolçulara çox motivasiya vermək lazım olmur. Bu oyunları oynamaq xoşdur. Azarkeşlər üçün də yaxşı oyun alınır. Vacib olan bundan sonrakı oyundur. Komandanı ona düzgün hazırlaşdırmağa çalışacağıq. Böyükhesablı qələbə futbolçulara rahatçılıq verə bilər. Bu oyuna hazırlaşmaq daha çətin olacaq".

Chosen
8
8
teleqraf.com

10Sources