Kolumbiyanın cənub-qərbindəki Kauka departamentindəki Pan-Amerikan şossesində baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.Metbuat.az xəbər verir ki, bu barədə departamentin qubernatoru Oktavio Qusman "X" sosial şəbəkəsində yazıb. "Hazırda hesabatda mülki əhali arasında 20 nəfərin həlak olduğu qeyd edilib — onlardan 15-i qadın, 5-i isə kişidir və hamısı yetkin yaşlıdır; 36 nəfər yaralanıb, onlardan üçü reanimasiya şöbəsində qalmaqda davam edir", - deyə o bildirib.O əlavə edib ki, yaralanan beş azyaşlının həyatı təhlükə altındadır.O. Qusmanın sözlərinə görə, 25 apreldə baş verən hadisə departamentdə son onilliklərdə mülki əhaliyə qarşı ən "qəddar və amansız hücum" olub.