EN

Yaponiyada 6 bal gücündə zəlzələ baş verib

BAKI, 27 aprel. TELEQRAF

Yaponiyanın Hokkaydo adasında 6 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Obihiro şəhərindən təxminən 30 kilometr məsafədə baş verib.

Məlumata görə, zəlzələnin ocağı 79 kilometr dərinlikdə yerləşib.

Hazırda hadisə nəticəsində ölən və ya dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl Yaponiyada yaxın günlərdə güclü zəlzələ riskinin artdığı barədə xəbərdarlıq edilmişdi.

Chosen
40
teleqraf.com

1Sources