EN

İraq neftin xarici bazarlara ixracı üçün alternativ yol tapdı

İraq neftin xarici bazarlara ixracı üçün alternativ yol üzərində işləyir.

Publika.az xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani bildirib.

Onun sözlərinə görə, “Bəsrə–Hədisə - çoxistiqamətli neft kəməri” layihəsi xam neftin Türkiyənin Ceyhan, Suriyanın Bənyas və İordaniyanın Əqəbə limanlarına nəqlində davamlılığı təmin edəcək.

Layihənin icrası üçün neft nazirinin müavininin rəhbərliyi ilə xüsusi qurumun yaradılması barədə tapşırıq verilib. Layihənin maliyyələşdirilməsi üçün cari ildə 1,5 milyard dollar vəsait ayrılması təsdiqlənib. Ümumi dəyərinin təxminən beş milyard dollar olduğu bildirilən layihə İraq–Çin sazişi çərçivəsində həyata keçiriləcək.

Chosen
2
3
publika.az

4Sources