EN

İranın xarici işlər naziri Rusiyaya səfərə yola düşüb

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfərə yoladüşüb.

Trend-in məlumatına görə, bu barədə İranın Xarici İşlərNazirliyi "Telegram" kanalında yazıb.

"Səfər çərçivəsində xarici işlər naziri Rusiya Federasiyasınınyüksək vəzifəli şəxsləri ilə görüşəcək və ikitərəfli İran-Rusiyamünasibətlərini, eləcə də regional və beynəlxalq hadisələrimüzakirə edəcək", - deyə bildirilib.

İran Xarici İşlər Nazirliyinin rəhbərinin Rusiya prezidentiVladimir Putin tərəfindən qəbul ediləcəyi gözlənilir.

Chosen
67
az.trend.az

1Sources