EN

Ətin pambıq kimi olması üçün necə marinasiya edilməlidir?

Düzgün marinadlanmış ət həm daxilindəki şirəni qoruyur, həm də bişərkən ağızda dağılan bir tekstura qazanır.

Milli.Az xəbər verir ki, uğurlu marinad üçün üç təməl elementin balansı vacibdir:

Zeytun yağı əti örtərək onun qurumasının qarşısını alır və ədviyyatların dadını ətə ötürür.

Qatıq, süd və ya soğan suyu ətin liflərini təbii şəkildə yumşaldır. Soğan suyu xüsusilə peşəkar aşpazların ən çox istifadə etdiyi sirrdir.

Limon suyu və ya bir az sirkə ətin lif quruluşunu genişlədir. Lakin çox istifadə edilərsə, ətin rəngini və dadını poza bilər.

Sarımsaq, kəklikotu (kekik), qara istiot və pul bibər ətə dərin aroma qazandırır.

Ətin növü və qalınlığı müddətə birbaşa təsir edir:

Yaxşı bir nəticə üçün ət ən azı 2-3 saat marinadda qalmalıdır.

Ən dadlı və yumşaq nəticə üçün əti bir gecə (təxminən 12-24 saat) soyuducuda dincəltmək tövsiyə olunur.

Turşuluğu yüksək olan marinadlarda əti həddindən artıq uzun (məsələn, 2 gündən çox) saxlamaq ətin teksturasını tamamilə poza bilər.

Ətin hər tərəfinin sousla örtüldüyündən əmin olun. Bunun üçün kilidli paketlərdən (ziploc) istifadə etmək daha səmərəlidir, çünki havanı çıxardıqda sous ətə daha yaxşı hopur.

Marinadlama mütləq soyuducuda edilməlidir. Otaq temperaturunda ətin xarab olma riski yüksəkdir.

Soyuducudan çıxardığınız əti dərhal tavaya qoymayın. Təxminən 20-30 dəqiqə otaq temperaturunda gözlədin ki, ətin hər tərəfi bərabər bişsin.

Əti bişirməzdən əvvəl üzərindəki artıq sousu yüngülcə süzün. Əks halda, xüsusilə tərkibində qatıq və ya sarımsaq olan souslar yüksək odda tez yanaraq acı dad verə bilər.

Yumşaq ət üçün yüksək atəşdə sürətli mühürləmə (hər iki üzünü qızartmaq) şirənin daxildə qalmasını təmin edir.

Lalə Qüdrətova
Milli.Az

Chosen
48
1
milli.az

2Sources