İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfər edib.
IRNA agentliyinin məlumatına görə, Əraqçini daşıyan təyyarə aprelin 27-də səhər saatlarında Sankt-Peterburqa eniş edib.
Səfəri çərçivəsində diplomatın Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi, Yaxın Şərqdəki münaqişə və onun həlli yolları müzakirə olunacağı gözlənilir.