EN

İranın XİN başçısı Putinlə görüş üçün Sankt-Peterburqa gəlib

Abbas Əraqçinin bu gün, aprelin 27-də Vladimir Putinlə görüşü planlaşdırılır...

İranın xarici işlər naziri Abbas Əraqçi Sankt-Peterburqa səfər edib. Məlumata görə, aprelin 27-də onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.

Poliqon xəbər verir ki, bu barədə İranın IRNA Agentliyi məlumat yayıb.

İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, tərəflər regional və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyətin koordinasiyasını, eləcə də birgə proqramların irəlilədilməsini müzakirə edəcəklər.

Əraqçinin Rusiyaya səfəri onun Pakistan paytaxtı İslamabada səfərindən sonra baş tutub. Aprelin 26-da İranın XİN başçısı İslamabada gəlmişdi.

Həmin gün ABŞ Prezidenti Donald Tramp bildirib ki, bundan sonra Amerika administrasiyasının nümayəndələrini İranla danışıqlar üçün Pakistana göndərməyəcək.

Poliqon.info

Chosen
38
50
poliqon.info

10Sources