Rusiya ordusunun gecə saatlarında Ukraynanın Odessa şəhərinə dron hücumu nəticəsində 10-13 nəfər xəsarət alıb. 1news.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Zərbələr nəticəsində yaşayış binaları, mehmanxana, fərdi tikili, nəqliyyat vasitələri və obyektlər zədələnib. Zərərçəkənlərdən ikisi uşaqlardır.