EN

TAP Albaniyada qaz toplama məntəqəsi layihəsinin icra mərhələsinə başlayıb (ÖZƏL)

Bakı. Trend:

Transadriatik Qaz Boru Kəməri (TAP) Konsorsiumu AlbaniyanınFiyeri şəhərində qaz toplama məntəqəsi layihəsinin icra mərhələsinəbaşlayıb.

Bu barədə Trend-insorğusuna cavab olaraq TAP AG-dən bildirilib.

“TAP təsdiq edir ki, Fiyeridə qaz toplama məntəqəsi layihəsininicra mərhələsinə başlanılıb. Bu proses TAP-ın tikintisi dövründəFiyeri şəhəri yaxınlığında yerləşən ACS03 qaz kompressorstansiyasında quraşdırılmış mövcud götürmə məntəqəsindən istifadəedilməklə həyata keçirilir. Layihə çərçivəsində qazın ölçülməsi vətəzyiqin azaldılması qurğusunun tikintisi nəzərdə tutulur. Bu qurğuACS03 yaxınlığında yerləşəcək və gələcək paylayıcı qaz kəmərinəqazın ötürülməsi üçün nəzərdə tutulub”, – konsorsiumdabildirilib.

TAP AG-nin məlumatına görə, layihələndirmə, satınalma və tikinti(EPC) üzrə müqavilə 2025-ci ildə podratçıya verilib: “Hazırdamühəndislik və satınalma işləri davam edir, sahədə tikinti işlərinəbaşlanmasının isə 2026-cı ilin ortalarında gözlənildiyi bildirilir.Layihənin başa çatması 2027-ci ilin dördüncü rübünəplanlaşdırılıb”.

Konsorsiumda qeyd edilib ki, Fiyeridə qaz toplama məntəqəsiTAP-ın çoxmilyonlu investisiyasıdır və layihə başa çatdıqdan sonraAlbaniya hökumətinə təhvil veriləcək.

“Bu layihə ölkənin qazlaşdırılması prosesinin əsas elementi kimiqiymətləndirilir, qaz infrastrukturunun mərhələli inkişafını vətəbii qaza çıxışın genişlənməsini təmin edir. Eyni zamanda,Albaniyanın regional qaz axınlarına qoşulmasına və Cənub-ŞərqiAvropada enerji əlaqəliliyinin gücləndirilməsinə imkan verəcək. TAPAlbaniyada qazlaşdırma prosesinə və ölkənin iqtisadi artımınadəstəyini, daha dayanıqlı və etibarlı enerji sisteminə keçiditəşviq etməklə bir daha təsdiqləyib”, – deyə TAP AG-dəvurğulanıb.

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa seqmentidir vəXəzər dənizində yerləşən Azərbaycanın “Şahdəniz” yatağından hasilolunan təbii qazı Avropa bazarlarına nəql edir. Təxminən 878kilometr uzunluğa malik olan boru kəməri Yunanıstan-Türkiyəsərhədində TANAP-la birləşir, Yunanıstan və Albaniyadan keçərəkAdriatik dənizini keçir və İtaliyanın cənubunda quruya çıxır.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə təxminən 10 milyardkubmetr təşkil edir və bazar tələbi və tənzimləyici razılaşmalarolduğu halda bu həcmi 20 milyard kubmetrə qədər artırmaqmümkündür.

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa seqmentidir vəXəzər dənizində yerləşən Azərbaycanın “Şahdəniz” yatağından hasilolunan təbii qazı Avropa bazarlarına nəql edir. Təxminən 878kilometr uzunluğa malik olan boru kəməri Yunanıstan-Türkiyəsərhədində TANAP-la birləşir, Yunanıstan və Albaniyadan keçərəkAdriatik dənizini keçir və Cənubi İtaliyada quruya çıxır.

Məqalədə:
Chosen
53
az.trend.az

1Sources