EN

İran onu da asdı - növbəti edam

Siyasi məhbus Zahidanda dar ağacından asıldı

İranda silahlı qrupla əlaqədə ittiham olunan siyasi məhbus Amer Rameş edam edilib.

Musavat.com xəbər verir ki, bu barədə İranın məhkəmə sisteminə bağlı “Mizan” agentliyi məlumat yayıb.

Bildirilir ki, edam hökmü aprelin 26-da ölkənin cənub-şərqində yerləşən Zahidan şəhərində icra olunub.

Rameş “partlayışlar törətmək, hərbi qüvvələrə pusqu qurmaqla üsyan etmək, Ceyş əl-Ədl silahlı qrupuna üzvlük və Əbdül Qaffar Nəqşbəndi ilə əlaqəli Bəluç Ədalət Hərəkatı adlı təşkilatla əməkdaşlıq”da təqsirli bilinib.

Hadisə İranın Sistan-Bəlucistan bölgəsində təhlükəsizlik və siyasi gərginliyin davam etdiyini bir daha göstərir.

Musavat.com

Chosen
35
47
musavat.com

10Sources