ain.az, Bizim media saytına istinadən bildirir.
Rusiya Silahlı Qüvvələrinin Odessaya endirdiyi zərbə nəticəsində 10 nəfər tibbi yardım üçün müraciət edib.Bizim.Media xəbər verir ki, yaralananlar arasında 2 uşaq da var.
Məlumata görə, ən çox dağıntı Primorsk rayonunda qeydə alınıb. Burada yaşayış evləri, hotel və şəhərin mərkəzində yerləşən bir sıra obyektlər zərər görüb.
Bildirilib ki, xəsarət alanların əksəriyyəti, o cümlədən uşaqlar da məhz bu rayonda olub.Həmçinin Hacıbəy və Kiyev rayonları da zərbəyə məruz qalıb. Həmin ərazilərdə çoxmərtəbəli yaşayış binalarına, fərdi evlərə və nəqliyyat vasitələrinə ziyan dəyib.



Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.