EN

Məşhur avtomobil brendindən 23 il sonra vida

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur Yaponiya avtomobil brendi “Honda” 2026-cı ilin sonuna qədər Cənubi Koreyada avtomobil satışlarını dayandırmaq qərarına gəlib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, şirkət bu barədə rəsmi veb saytında açıqlama yayıb.

“Honda” qərarın qlobal və Cənubi Koreya avtomobil bazarlarındakı dəyişikliklərlə əlaqələndirib. Bildiririlib ki, orta və uzunmüddətli dövrdə rəqabət qabiliyyətini artırmaq məqsədi ilə resursları daha səmərəli sahələrə yönləndirmək ehtiyacı yaranıb.

Şirkət bu addımı hərtərəfli qiymətləndirmələrdən sonra atdığını açıqlayıb.

“Honda” avtomobil satışlarını dayandırmasına baxmayaraq, mövcud müştərilərinə dəstək olmağa davam edəcək. Şirkət avtomobil xidməti və texniki xidmətinin, ehtiyat hissələrinin təchizatının və zəmanət dəstəyinin davam edəcəyini bildirib.

“Honda Korea” qarşıdakı dövrdə motosiklet biznesinə daha çox diqqət yetirəcəyini və bu sahədəki fəaliyyətini gücləndirəcəyini elan edib.

Qeyd edək ki, “Honda”nın Türkiyə bazarındakı performansı da son zamanlar zəif olub. Türkiyədə flaqman model “Civic”in satışını dayandırmaq qərarına gələn şirkət, investisiyalarını motosiklet seqmentinə yönəltmişdi.

Billurə

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
50
olke.az

10Sources