Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın rəhbərliyi ilə öz işinə başlayıb.
Musavat.com-un məlumatına görə, iclasın gündəliyinə 11 məsələ təklif edilib.
İlk olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələnin müzakirəsinə başlanılıb. Spiker MSK üzvlüyünə və əvəzedici üzv olaraq təklif olunan şəxslərlə bağlı məlumat verib.
E.Paşasoy,
Musavat.com