Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, qətlə yetirilən şəxslər Arazbar kənd sakini tərəfindən bıçaqlanıb.
Nəticədə 1996-cı il təvəllüdlü Mamedov Şaiq Telman oğlu, 1989-cu il təvəllüdlü Mamedov Həsən Teymurxan oğlu aldıqları xəsarətlərdən həyatlarını itiriblər.
Hadisənin hansı səbəbdən baş verməsi hələ ki bilinmir. Araşdırma aparılır./Report