EN

Bu mənzillərin qiyməti BAHALAŞA BİLƏR

Bakıda həyata keçirilən yeni şəhərsalma layihələri paytaxtın həm iqtisadi, həm də estetik inkişafına təsir edir. Xüsusilə, Nizami küçəsinin genişləndirilməsi və uzadılması ərazinin prestijini artıraraq daşınmaz əmlak bazarında canlanma yaradır.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, iqtisadçı Vüqar Orucun sözlərinə görə, bu dəyişikliklər əsasən, qeyri-yaşayış obyektlərinin qiymətinə təsir edəcək, eyni zamanda mənzillərdə də artım müşahidə olunacaq:

“İlkin mərhələdə qiymətlərin təxminən 15%, ümumilikdə isə 30%-ə qədər yüksəlməsi mümkündür. Layihə “Tarqovi” zonasını daha da genişləndirərək ərazini daha cəlbedici və aktiv edəcək. Piyada axınının artması isə ticarət imkanlarını genişləndirəcək”.

Qeyd edək ki, yenilənən küçədə sıx ağaclar əkilərək “yaşıl tunel” effekti formalaşdırılıb, yeni infrastruktur elementləri quraşdırılıb və tarixi binaların, o cümlədən “Fantaziya hamamı”nın ətrafı abadlaşdırılıb. Layihə çərçivəsində ətraf kəsişmələrdə “ortaq küçə” prinsipi tətbiq edilərək piyadaların təhlükəsiz və rahat hərəkəti üçün bütün şərait təmin olunub.

Chosen
1
4
konkret.az

5Sources