EN

Mən pedofil deyiləm...

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp təcavüzkar olmadığını bildirib və şam yeməyində atıcının “manifestində” olan iddiaları qəti şəkildə rədd edib.

Azpost.info bildirir ki, Tramp bu barədə CBS News-a verdiyi müsahibədə deyib.

Müsahibə zamanı aparıcı qeyd edib ki, otelə hucum edən şəxs əvvəlcədən yazdığı manifestdə yazılanlar barədə soruşub. O, yazıb: “İdarəetmə rəsmiləri hədəfdir… Artıq pedofil, təcavüzkar və xainə əllərini cöz inayətlərinə bulamsına icazə verməyə hazır deyiləm” (əslində, Ceffri Epşteynlə əlaqələrinə işarə).

Bunun necə reaksiya verdiyi soruşulduqda Tramp bunları deyib: “Bunu oxumağınızı gözləyirdim. Bilirdim ki, oxuyacaqsınız, çünki siz… dəhşətli insanlarsınız. Bəli, o yazıb. Mən… mən təcavüzkar deyiləm; heç kimə təcavüz etməmişəm”, – Tramp deyib.

Aparıcını hucum edən şəxsin prezidenti nəzərdə tutub -tutmadığını soruşulduqda, Tramp bildirib: “Mən pedofil deyiləm. Bu cəfəngiyyatı hansısa xəstə adamdan oxumusunuz? Mənimlə heç bir əlaqəsi olmayan hər cür şeylə əlaqələndirilib. Mən tamamilə bəraət qazandım. Sizin hasarın o biri tərəfindəki dostlarınız, məsələn, Epşteyn və ya bu kimi şeylərlə məşğul idilər. Amma öz-özümə dedim ki, “bu müsahibəni verəcəyəm”. Mən manifesti oxudum. Bilirsiniz, o, xəstə adamdır. Amma bunu oxuduğunuz üçün özünüzdən utanmalısınız, çünki mən belə deyiləm”, – deyə Tramp bildirib.

Aparıcı prezidentə hörmətlə vurğulayaraq, bunların atəş açanın sözləri olduğunu deyəndə Tramp müsahibəni bitirmək üçün işarə edib.

“Bunu “60 dəqiqə” verilişində oxumamalı idiniz. Siz rüsvay olunmuş şəxsiniz. Davam edin. Gəlin müsahibəni bitirək”, – deyə Ağ Ev rəhbəri bildirib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
azpost.info

2Sources