ain.az, Fanat saytına istinadən bildirir.
Azərbaycan millisinin üzvü karyerasını ölkə xaricində davam etdirməyə yaxındır.
Fanat.Az-ın məlumatına görə, "Şamaxı"dakı çıxışı ilə diqqətləri üzərinə çəkən Rüfət Abbasov artıq 4 yerli klubun müqavilə təklifini geri çevirib.
Onların arasında bu qış sözügedən oyunçu ilə danışıq aparan "Turan Tovuz"da var. Digərləri isə "Kəpəz", "İmişli", "Sumqayıt" və "Araz-Naxçıvan"dır.
"Neftçi"nin mövqeyinə gəlincə, paytaxt təmsilçisi onun heyətə cəlb edilməsində israrlı deyil. Rüfətin keçidi yalnız variantlardan biri kimi müzakirə olunub.
Öz klubu "Şamaxı"da qalmaq haqda düşünməyən müdafiəçi öncə ölkə xaricindən gələn təklifi dəyərləndirmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Abbasov əsas millidə debütünü DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiyaya qarşı baş tutan ev oyununda (0:2) reallaşdırıb.
Toğrul
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.