EN

"20 illik fəaliyyət universiteti nüfuzlu təhsil ocağına çevirib” -

"44 günlük Vətən müharibəsindən sonra universitetimiz yeni inkişaf mərhələsinə daxil olub. Bu dövrdə əsas məqsədimiz gələcəyə hesablanmış layihələri reallaşdırmaq və daha dayanıqlı nəticələr əldə etmək olub".Metbuat.az xəbər verir ki, bunu WUF13 çərçivəsində media nümayəndələri üçün keçirilən məlumatlandırma sessiyasında çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, ixtisasartırma proqramlarının rəhbəri Aygün Hacıyeva deyib: “Xüsusilə Universitetimiz beynəlxalq əməkdaşlığa açıq platforma kimi müxtəlif ölkələrdən tərəfdaşlarla sıx əlaqələr qurub və bu çərçivədə çoxsaylı uğurlu layihələr həyata keçirilib. Bu gün artıq biz beynəlxalq intellektual məkan kimi fəaliyyət göstəririk və tələbələrə yüksək səviyyəli təhsil təqdim edirik”.A.Hacıyeva əlavə edib ki, universitetin 20 illik fəaliyyəti ərzində əldə olunan nailiyyətlər onun ölkədə nüfuzlu təhsil ocaqlarından birinə çevrilməsini təmin edib:

“Bu il universitetimizin 20 illik yubileyini qeyd etməyə hazırlaşırıq və bu, həm qürurverici, həm də məsuliyyətli bir mərhələdir. Bu illər ərzində 1500-dən çox məzun yetişdirilmiş, 100-dən artıq ölkədən 500-dən çox xarici tələbə universitetdə təhsil alıb. Beynəlxalq təşkilatların nümayəndələri, diplomatlar və dövlət rəsmiləri universitetimizdə çıxış edərək öz təcrübələrini tələbələrlə bölüşüblər. Eyni zamanda, xarici tələbələrə Azərbaycanın tarixini və reallıqlarını tanıtmaq məqsədilə müxtəlif bölgələrə, o cümlədən Qarabağa səfərlər təşkil etmişik."

Chosen
40
metbuat.az

1Sources