EN

Atışma olan tədbirdə maksimum təhlükəsizlik tədbirləri alınmayıb - WP

ABŞ administrasiyası atışmanın baş verdiyi Vaşinqton Hilton Otelində Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda maksimum təhlükəsizliyi təmin edə bilməyib.

Musavat.com xəbər verir ki, məlumatı "The Washington Post" (WP) qəzeti administrasiya mənbələrinə istinadən yayıb. Qəzetin məlumatına görə, prezidentin və onun kabinet üzvlərinin qatıldığı tədbirlər adətən yüksək səviyyəli tədbirlər hesab olunur və müvafiq təhlükəsizlik səviyyəsi təyin olunur. Lakin WP qeyd edib ki, Vaşinqton Hiltondakı qəbula "federal resursların tam yerləşdirilməsinə imkan verəcək status verilməyib".

Qəzetin mənbələrinə görə, administrasiya yüksək vəzifəli məmurların qatıldığı digər tədbirlərə nisbətən qəbulda "daha aşağı təhlükəsizlik səviyyəsi" təmin edib və bu da faktiki olaraq "ölkəni qeyri-adi dərəcədə həssas vəziyyətə salıb".

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampdan əlavə, qəbulda vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, Pentaqon rəhbəri Pit Heqset, FTB direktoru Keş Patel və ABŞ hökumətinin digər yüksək vəzifəli nazirləri və rəsmiləri iştirak ediblər.

Musavat.com

Chosen
42
12
musavat.com

10Sources