EN

Pünhan Piriyev: “Mən tamaşaçıya hörmətsizlik etməmişəm”

“Deyirlər, Sumqayıt əhlinə hörmətsizlik etmişəm. Mən tamaşaçıya hörmətsizlik etməmişəm, etmərəm də”.

 

Pravda.az xəbər verir ki, bu sözləri müğənni Pünhan Piriyev yayılan videosuna münasibət bildirərkən deyib.

 

O, bu yerə izləyicilər, tamaşaçılar tərəfindən sevilərək gəldiyini deyib: “Göydə Allah, öz əziyyətim və məni sevən xalqım, millətim... Səhnə boş olmalıdır. Səhnədən öndə də izləyicilər bizə baxır, şəkil çəkdirirlər. Hamı ilə də şəkil çəkdirirəm. Sadəcə, səhnədə o hörmətsizliyi kimlərsə edirsə, siz onları paylaşın. Bilinmir müğənni mənəm, mühafizəçi və ya tamaşaçıdır”.

 

Xatırlatma: Müğənni Pünhan Piriyevin Sumqayıtda yerləşən ticarət mərkəzinin qarşısında çıxışı zamanı onunla şəkil çəkdirmək istəyənləri səhnədən kobudcasına uzaqlaşdırması tənqidlərə səbəb olub.

 

Şəhanə Quliyeva

Tarix: 27 Aprel 2026, 12:18   
Chosen
24
1
pravda.az

2Sources