EN

“TankerTrackers”: 4 milyon barel İran nefti ABŞ-nin dəniz blokadasını yarıb keçib

Dörd milyon barel İran nefti ABŞ-ın dəniz blokadasını yarıb keçib.

İnterpress.az xəbər verir ki, bu barədə “Al Jazeera English” məlumat yayıb.

İranın neft ixracı sahəsində ABŞ-nin dəniz blokadasını uğurla yarıb keçdiyi bildirilir.

“TankerTrackers” şirkətinin məlumatlarına istinadən verilən xəbərə görə, 4 milyon barel İran nefti blokadadan keçməyə müvəffəq olub.

Bununla yanaşı, daha 4,6 milyon barel neftin ölkənin ixrac terminallarında yükləndiyi qeyd edilir.

Məlumata görə, İranın neft ixracının təxminən 80%-i Hörmüz boğazı vasitəsilə həyata keçirilir.

“Kpler” şirkətinin statistikasına əsasən, mart ayında İranın orta sutkalıq xam neft ixracı 1,87 milyon barel təşkil edib.

Aprel ayının əvvəlindən etibarən isə ixracın həcmi orta hesabla gündə təxminən 1,71 milyon barel səviyyəsindədir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
6
interpress.az

1Sources