ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Araşdırmalar göstərir ki, insanlar pulu başqalarına xərclədikdə özlərini daha xoşbəxt hiss edirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Science” jurnalında dərc olunan məqalədə qeyd edilib.
Tədqiqat müəllifləri bildirirlər ki, insanın xoşbəxtliyi qazandığı pulun miqdarından daha çox, onu necə xərcləməsindən asılıdır.
Araşdırmada 630-dan çox amerikalı iştirak edib. Onların 55 faizi qadın olub. İştirakçılardan həm ümumi xoşbəxtlik səviyyələri, həm də gəlirləri və pul xərcləmə vərdişləri barədə məlumat toplanıb.
Nəticələr göstərib ki, gəlirindən asılı olmayaraq, pulunu başqalarına, hədiyyələrə və ya xeyriyyə işlərinə xərcləyən insanlar özlərini daha xoşbəxt hiss edirlər. Özünə xərcləyənlərdə isə bu hiss daha zəif olub.
Araşdırma çərçivəsində bir şirkətin işçiləri də izlənilib. Onlara 3000–8000 dollar arası bonus verilib və bonusdan əvvəl və sonra xoşbəxtlik səviyyələri ölçülüb. Məlum olub ki, xoşbəxtliyə təsir edən əsas amil pulun miqdarı deyil, onun necə xərclənməsidir. Bonusun daha çox hissəsini başqalarına sərf edən işçilər daha məmnun olduqlarını bildiriblər.
Tədqiqatın müəllifi Elizabet Dannın sözlərinə görə, hətta kiçik məbləğlərin belə başqalarına sərf edilməsi gündəlik xoşbəxtlik hissini artıra bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.