EN

İran ABŞ ilə danışıqlar üçün üç mərhələli plan irəli sürdü

İran ABŞ ilə danışıqlara dair üç mərhələli plan təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilib ki, İran vasitəçilər üzərindən təqdim etdiyi plana əsasən, danışıqlar üç mərhələdə aparılmalıdır.

Qeyd olunub ki, birinci mərhələdə əsas məqsəd müharibənin dayandırılması və İran və Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin əldə edilməsidir. Məlumata görə, Tehran bu mərhələdə digər məsələlərin müzakirəsinə qarşıdır.

Bildirilib ki, razılıq əldə olunacağı təqdirdə ikinci mərhələdə Oman tərəfinin vasitəçiliyi ilə Hörmüz boğazının gələcək idarəçiliyi müzakirə ediləcək.

Qeyd edilib ki, üçüncü mərhələ isə İranın nüvə proqramı ilə bağlı məsələləri əhatə edəcək və Tehran əvvəlki iki mərhələ razılaşdırılmadan bu mövzunu müzakirə etməyəcəyini bildirib.

Məlumata görə, kanalın iddiasına əsasən, ABŞ bu planı qəbul edərsə, İran növbəti mərhələlərə keçməyə hazır ola bilər.

Bildirilib ki, aprelin 11-də İran və ABŞ arasında İslamabadda bir neçə danışıqlar raundu keçirilib.

Qeyd edilib ki, İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Bağır Qalibaf, ABŞ tərəfinə isə vitse-prezident C.D. Vens rəhbərlik edib.

Məlumata əsasən, tərəflər fikir ayrılıqları səbəbindən uzunmüddətli razılaşma əldə edə bilməyib və yeni danışıqların vaxtı hələ açıqlanmayıb.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
16
50
redaktor.az

10Sources