EN

Cənubi Afrika aparteiddən demokratiyaya keçidin 32 ci ildönümünü qeyd edir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

Cənubi Afrika Respublikası (CAR) irqçi aparteid rejiminin sonunun və demokratiyaya keçidin rəmzi hesab edilən 27 aprel 1994-cü il seçkilərinin 32-ci ildönümünü müxtəlif tədbirlərlə qeyd edir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, CAR-da “Azadlıq Günü” kimi qeyd olunan bu tarix qaradərililər də daxil olmaqla, bütün vətəndaşlara bərabər səsvermə hüququ verildiyi və ayrı-seçkilik sisteminin rəsmi olaraq sona çatdığı bir dönüş nöqtəsi kimi diqqət çəkir.

Aparteid rejiminin sona çatması təkcə siyasi transformasiya deyil, həm də ölkənin azadlıq uğrunda uzunmüddətli və çətin mübarizəsinin rəmzi kimi qəbul edilir. 1962-ci ildən 1990-cı ilə qədər rejim tərəfindən həbsdə saxlanılan Nelson Mandelanın Robben adasında məhbus olduğu həbsxana müqavimətin rəmzinə çevrilib.

Nelson Mandela 1990-cı ildə milli müqavimət hərəkatının və beynəlxalq ictimaiyyətin təzyiqi ilə azadlığa buraxılıb, 1994-cü il ümumi seçkilərinə qədər davam edən mürəkkəb keçid dövrünü uğurla idarə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
1
azertag.az

2Sources