EN

DİM imtahan müddətini artıracaq

Dövlət İmtahan Mərkəzi xarici dil imtahanlarında ümumi vaxtın artırılmasını da gündəmə gətirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu DİM-in Dövlət dili və xarici dillər üzrə şöbə müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında deyib.

Şöbə müdirinin sözlərinə görə, 2027-ci ildə 11-ci sinif səviyyəsində tətbiqi nəzərdə tutulan yeni imtahan modeli ilə bağlı dəyişikliklər yalnız sual formatını deyil, həm də imtahan müddətini əhatə edə bilər.

O qeyd edib ki, eyni zamanda ümumi imtahan vaxtına əlavə vaxtın verilməsini də nəzərdə tutmuşuq. Burada 15 dəqiqəlik əlavə vaxtdan söhbət gedir. Lakin bu məsələ yekun attestasiya qaydaları çərçivəsində həyata keçirilir və həmin qaydalara dəyişiklik edilməsi üçün DİM tərəfindən layihə təqdim olunub:

“Bu, bir prosesdir və Nazirlər Kabinetində təsdiqlənməlidir. Təsdiq olunduğu təqdirdə ümumi imtahan blokuna 15 dəqiqə əlavə vaxtın verilməsi nəzərdə tutulur.”

Zeynəb Rzayeva

Chosen
8
1
bakivaxti.az

2Sources