EN

​“Qalatasaray”ın futbolçuları bir gecədə milyonçu oldular

İstanbulun “Qalatasaray” klubunun əzəli rəqibi “Fənərbaxça”nı dogma meydanda 3:0 hesabı ilə məğlub etməsi futbolçulara sərvət qazandırıb.
Metbuat.az xəbər verir ki, “Qalatasaray” prezidenti Dursun Özbek matçdan sonra soyunma otağına enərək oyunçuları şəxsən təbrik edib və onlara veriləcək ümumi mükafatın məbləğini açıqlayıb. Özbək rəqib üzərindəki parlaq qələbəyə görə futbolçulara 5 milyon avro (təxminən 10 milyon AZN) mükafat veriləcəyini bildirib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə “Qalatasaray” liderlik edir. Sarı-qırmızılı komanda 74 xalla ən yaxın rəqibini 7 xal qabaqlayır. Çempionatın başa çatmasına 3 həftə qalır.

Chosen
39
metbuat.az

1Sources