EN

“Maliyyə icarəsi haqqında” qanun iqtisadiyyatın daha da dinamikləşməsinə xidmət edəcək - Sevil Mikayılova

Bakı. Trend:

“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının qanunuölkəmizdə maliyyə sektorunun inkişafı və iqtisadiyyatın dayanıqlıartımının təmin edilməsi istiqamətində mühüm addımlardan biri kimixüsusi əhəmiyyət kəsb edir.

Trend xəbərverir ki, bunu Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandanvitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü,deputat Sevil Mikayılova parlamentin bugünkü plenar iclasında“Maliyyə icarəsi haqqında” qanun layihəsinin birinci oxunuşdamüzakirəsi zamanı deyib.

Deputat bildirib ki, “Maliyyə icarəsi haqqında” qanun layihəsininqəbulu Azərbaycanda maliyyə bazarlarının inkişafına, sahibkarlığıngüclənməsinə və ümumi iqtisadi artımın davamlılığının təminolunmasına xidmət edən mühüm institusional islahat kimiqiymətləndirilə bilər: “Belə ki, qanun maliyyə icarəsi üzrətənzimlənmə və nəzarətin hüquqi, təşkilati və iqtisadimexanizmlərini formalaşdıraraq, bazarın daha şəffaf və effektivfəaliyyətinə şərait yaradacaq. Bu isə maliyyə resurslarına çıxışıngenişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

S.Mikayılova vurğulayıb ki, Bank sektorunun əsas tənzimləyicisiolan Mərkəzi Bank bu qanun vasitəsilə yeni maliyyə alətini tətbiqetməklə iqtisadiyyata əlavə dəyər qazandırılmasını təmin edəbilər.

“Beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyə icarəsi alətibazar münasibətlərinin çevikliyini artırır. İcarəçi zəruriaktivlərdən istifadə etməklə öz fəaliyyətini qurur, icarəyə verilənaktiv üzərində mülkiyyət hüququnu qoruyaraq gəlir əldə edir. Bu isəbütövlükdə iqtisadiyyatın daha da dinamikləşməsinə xidmət edir. Bumənada, “Maliyyə icarəsi haqqında” qanun layihəsində xarici hüquqişəxslərlə bağlı tələblərin müəyyən edilməsi Azərbaycan maliyyəbazarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasınıdərinləşdirərək, ölkəyə xarici investisiyaların cəlb olunmasınaəlavə imkanlar yaradacaq”, - deyə deputat bildirib.

Eyni zamanda, S.Mikayılova əlavə edib ki, xarici şirkətlərinmaliyyə icarəsi bazarına çıxışı texnologiya və qabaqcıl idarəetmətəcrübələrinin ölkəyə transferinə şərait yaradır.

“İnkişaf etmiş bazarlarda formalaşmış lizinq mexanizmlərinintətbiqi yerli maliyyə sektorunun keyfiyyətcə yeni mərhələyəkeçidini sürətləndirə bilər. Bu isə xidmətlərin çeşidininartmasına, maliyyə məhsullarının daha innovativ və çevik olmasınagətirib çıxarır. Digər mühüm məqam ondan ibarətdir ki, xariciiştirakçıların bazara daxil olması rəqabəti artırır. Rəqabətingüclənməsi isə xidmət keyfiyyətinin yüksəlməsinə, maliyyə icarəsişərtlərinin daha əlverişli olmasına və nəticədə sahibkarların dahageniş imkanlar əldə etməsinə səbəb olur. Xüsusilə, bu proses ortavə iri biznes subyektlərinin uzunmüddətli və daha sərfəli maliyyəresurslarına çıxışını asanlaşdırır”, - deyə deputat bildirib.

S.Mikayılova qeyd edib ki, qanun layihəsində maliyyə icarəsisubyektləri arasında risklərin bölüşdürülməsi və sığortalanması iləbağlı müddəaların yer alması bazarın dayanıqlılığı baxımındanvacibdir:

“Xüsusilə, maliyyə icarəsi obyektinin zədələnməsi, vaxtındanəvvəl sıradan çıxması və ya istifadə zamanı yaranan risklərin kimtərəfindən daşınmasının aydın şəkildə tənzimlənməsi hüquqimübahisələrin azalmasına və biznes mühitində etimadın artmasınasəbəb olur. Eyni zamanda, sığorta mexanizmlərinin qanunvericiliksəviyyəsində təşviqi maliyyə icarəsi əməliyyatlarınıntəhlükəsizliyini artırır və risklərin idarə olunmasını dahaeffektiv edir. Bu, həm icarəçilərin, həm də icarəyə verənlərinmaraqlarını qoruyaraq maliyyə bazarında sabitliyi gücləndirir”.

S.Mikayılova əlavə edib ki, “Maliyyə icarəsi haqqında” qanunlayihəsi Azərbaycanda maliyyə bazarlarının dərinləşdirilməsi,sahibkarlığın inkişafı və iqtisadi artımın sürətləndirilməsibaxımından mühüm institusional addımdır.

“Bank sektorunun tənzimləyicisi kimi cıxış edən AzərbaycanRespublikasının Mərkəzi Bankı tərəfindən yeni maliyyə alətinintətbiqi iqtisadiyyata əlavə dəyər qazandıracaq, investisiyaimkanlarını genişləndirəcək və bazarın çevikliyini artıracaq.Beynəlxalq reytinq agentlikləri Azərbaycan Mərkəzi Bankı tərəfindən2024–2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyasıçərçivəsində effektiv tənzimlənmə və nəzarət mexanizmlərinintətbiqi ilə yerli bank sektorunda qabaqcıl beynəlxalq təcrübəninmənimsənilməsi sürətlənib. Ümid edirik ki, bu qanun iqtisadiartımın sürətlənməsinə, biznes mühitinin yaxşılaşmasına vəinvestisiya imkanlarının genişlənməsinə mühüm töhfə verəcək”, -deyə deputat bildirib.

Məqalədə:
Chosen
37
4
az.trend.az

5Sources