EN

Vaşinqton görüşü və sülh prosesi: Bakıdan irəli sürülən model

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdıqdan sonra regionda dayanıqlı inkişafın təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifə açmaq üçün qarşı tərəfə sülh təklifini etdi. Sülhə nail olmaq üçün müxtəlif məkanlarda və tərkiblərdə görüşlər oldu. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirməklə bərabər, bunu Ermənistandan da tələb etdi.

Ötən ilin avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar, həmçinin həmin gün İlham Əliyev və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar Rəhimzadə danışıb.

O qeyd edib ki, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir.

Deputat vurğulayıb ki,

Azərbaycanın beynəlxalq müstəvidə fəal siyasət yürütməsi ölkəmizin inkişaf modeli, strateji sabitliyi və çoxtərəfli diplomatiyaya verdiyi töhfələri ilə birbaşa bağlıdır.

“Dövlətimizin başçısı İlham Əliyev qlobal problemlərin həllində birgə səylərin göstərilməsinin vacibliyini bəyan etməklə yanaşı, bunu real addımları ilə təsdiqləyir. Bu gün Azərbaycanın əsas çağırışı məhz sülh, təhlükəsizlik və əməkdaşlıqdır. Azərbaycanın dünyaya təqdim etdiyi sülh modeli ölkəmizin qətiyyətli mövqeyinin, ədalətə, beynəlxalq hüquqa söykənən siyasətinin nümayişidir. Bu siyasət beynəlxalq tədbirlərdə Azərbaycanın uğuru, Prezident İlham Əliyevnin liderliyinin göstəricisi kimi qeyd edilir. Ölkəmizin beynəlxalq problemlərin qarşısının alınmasında oynadığı rol konstruktiv yanaşma, dialoq və nəticəyönümlü diplomatiya prinsiplərinə əsaslanır”, – deyən Vüqar Rəhimzadə bildirib ki, məhz bu model regionda uzun illər davam edən münaqişənin Prezident İlham Əliyevnin liderliyi ilə həll olunmasını mümkün etdi.

Deputatın fikrincə, qlobal kontekstdə bu təcrübə dövlətin öz suverenliyi və beynəlxalq hüquq çərçivəsində münaqişənin həllinə nail olduğu nadir nümunələrdən biri kimi qiymətləndirilir.

İradə Cəlil,Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
bizimyol.info

1Sources