Türkiyənin ən böyük pivə istehsalçısı "Anadolu Efes" şirkətinin adı ilə Azərbaycanda yaradılan eyni adlı şirkətin vergi borcu yaranıb.  Qaynarinfo-nun məlumatına görə, 11 noyabr 2021-ci ildə yaradılan "Anadolu Efes Biracılık ve Malt Sanayii" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 167.518,15 AZN vergi borcu var.
Â
Hüquqi ünvanı Nizami rayonu, İlham Məmmədov küçəsi, ev 2, m 56-da yerləşən, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Nəbiyev Cavid Nizami oğludur.
Â
Cavid Nəbiyevin qanuni təmsilçisi olduğu "Azərkənd Təsərrüfatı Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 116.515,2 AZN vergi borcu var.
Â
Nizamnamə kapitalı 10 manat olan bu şirkətin isə hüquqi ünvanı Nizami rayonu, Məşədi Hilal Kazımov küçəsi, ev 40-da yerləşir.