EN

Ordusu bada gedən Kim Çen In Pxenyanda xatirə muzeyi açıb

“Kursk bölgəsinin azad edilməsi əməliyyatı sülh və suverenliyin müdafiəsi uğrunda mübarizənin misilsiz nümunəsinə çevrildi”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In 26 apreldə Pxenyanda keçirilən xatirə muzeyinin açılış mərasimində bildirib.

Şimali Koreya mediası qeyd edib ki, "yoldaş Kim Çen In Kursk bölgəsinin azad edilməsi əməliyyatının strateji əhəmiyyətini qeyd edib”.

O, bu əməliyyat zamanı iki ölkənin - KXDR və Rusiya Federasiyasının ordularının “sülh və suverenliyin müdafiəsi üçün” eyni səngərdə çiyin-çiyinə vuruşdularını bildirib, “Koreya xalqının ən yaxşı oğullarının qanlı döyüşlərdə nümayiş etdirdikləri misilsiz şücaət, kütləvi qəhrəmanlıq, sarsılmaz döyüş ruhu və nəcib fədakarlıq nümunəsi göstərdiklərindən danışıb.

KXDR lideri xaricdəki hərbi əməliyyatı "tarixdə görünməmiş bir mübarizə, partiyanın və vətənin əmrlərinə vicdanı və mənəvi haqqı ilə cavab verən əsgərlər tərəfindən aparılan mübarizə" adlandırıb. O, muzeyin açılış mərasiminin "Koreya dövlətinin ləyaqətinə və şərəfinə mütləq əbədilik bəxş edən bir hadisə kimi tarixə parlaq bir səhifə kimi yazılacağını" vurğulayıb.

Mətbuat qeyd edir ki, muzey "qanla dolu Koreya-Rusiya münasibətlərini əbədi olaraq qoruyacaq böyük bir abidə" kimi xidmət edəcək.

Qeyd edək ki, Rusiya rəhbərliyinin xahişi ilə Ukraynaya qarşı döyüşmək üçün xeyli sayda hərbçi göndərən Şimali Koreya dövləti ötən il əsgərlərin kütləvi şəkildə tələf olması üzündən müharibədə iştirakını məhdudlaşdırıb.

Musavat.com

Chosen
35
musavat.com

1Sources