Şimali Atlantika Alyansında (NATO) yenidən Rusiyanın keçmiş SSRİ sərhədlərini bərpa etmək niyyəti ilə bağlı iddialar səsləndirilib.
Publika.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone açıqlama verib və Rusiyanı əsas təhlükə adlandırıb.
Onun sözlərinə görə, Moskvanın əvvəl sahib olduğu əraziləri geri qaytarmağa çalışacağı ehtimalı var.
“Şübhəsiz ki, Rusiya bir nömrəli təhdiddir. Gözləmək olar ki, o, vaxtilə sahib olduğu əraziləri geri almağa çalışacaq. Mən SSRİ-nin dağılmasından əvvəlki dövrü nəzərdə tuturam”, - deyə admiral bildirib.
Draqone bunun təkcə Baltikyanı ölkələrə aid olmadığını vurğulayıb və NATO-nun özünümüdafiəyə diqqət yetirdiyini vurğulayıb.