EN

Naxçıvanda avtomobil aşıb: Bir nəfər öldü VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Naxçıvanda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza Naxçıvan-Şahbuz magistralında qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Nurlan İslam oğlu Əliyev ölüb, maşında olan 1996-cı il təvəllüdlü Elvin İbrahim oğlu Abbasov, 1998-ci il təvəllüdlü Elçin Məmməd oğlu Abbasov və 2001-ci il təvəllüdlü Vəli Əli oğlu Məhərrəmov xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan Elçin Abbasovun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
55
5
avtosfer.az

10Sources