EN

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib

ABŞ Sakit okeanda narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan gəmiyə zərbə endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb: “Kəşfiyyat məlumatları gəminin Şərqi Sakit okeanda tanınmış narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və bu fəaliyyətə cəlb olunduğunu təsdiqləyib”.

Məlumata görə, zərbə nəticəsində üç nəfər həlak olub. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

Chosen
48
27
yeniazerbaycan.com

10Sources