EN

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar FOTOLAR

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları aprelin 27-də Xankəndi şəhərinə səfər edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlara şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq layihələri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Xankəndidə infrastrukturun yenilənməsi, müasir şəhər mühitinin formalaşdırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

Bərpa-quruculuq tədbirləri ilə yanaşı, doğma yurdlarından köçkün düşmüş sakinlərin Xankəndiyə qayıdışı da təmin olunur. Artıq şəhərlə yanaşı, Kərkicahan qəsəbəsinə köç prosesi həyata keçirilib və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdirilir.

Diplomatik nümayəndələr şəhər gəzintisi zamanı Zəfər meydanı və Qarabağ Universitetində olublar.

Onlar ali təhsil müəssisəsinin fəaliyyəti və tələbələr üçün yaradılan şəraitlə də maraqlanıblar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
8
cebheinfo.az

10Sources