“Beşiktaş”ın hücumçusu Hyeon-gyu Oh Rusiyaya yollana bilər.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı cənubi koreyalı forvard Moskva “Spartak”ının maraq dairəsindədir və tərəflər arasında danışıqlar gedir.
2029-cu ilin yayına qədər müqaviləsi olan futbolçu daha əvvəl “Suvon”, “Sanqmu”, “Seltik” və “Genk”də çıxış edib. Transferin taleyinə yaxın günlərdə aydınlıq gələcək.