EN

Rusiya ordusunda xaos

Rusiya cəbhəsində koordinasiya böhranı dərinləşir. Kreml hərbi kanalların yazdığına görə, rus bölmələri bəzən öz pilotsuz aparatlarını məhv edir.

Musavat.com xəbər verir ki, Ukraynanın dron texnologiyalarında əldə etdiyi üstünlükdən sonra Rusiya ordusu cəbhədə yeni taktika tətbiq etməyə başlayıb.

Söhbət təhlükəli istiqamətlərdə növbə çəkən mobil atəş qruplarından gedir. Bu qruplar adətən pulemyot və ya dron-tutucu sistemlə təchiz olunmuş pikap maşınlarından ibarət olur.

Lakin Rusiya tərəfdarı hərbi kanalların məlumatına görə, orduda zəif koordinasiya və rabitə səbəbindən bu qruplar tez-tez öz dronlarını vurur.

Bildirilir ki, qonşu bölmələr bir-birini əvvəlcədən xəbərdar etmir, mobil qruplar isə bəzən Rusiya dronlarının xarici görnüşünü belə tanımır. Nəticədə havada gördükləri hər hədəfə atəş açırlar.

Bəzi Z-kanallar vəziyyəti “gec partlayacaq bomba” adlandıraraq yaxın vaxtlarda rus ordusunun öz pilotsuz aparatlarını kütləvi şəkildə vuracağını proqnozlaşdırırlar.

Daha qalmaqallı iddia isə mükafat sistemi ilə bağlıdır. Məlumata görə, vurulan dronlara görə pul və ya təltif vəd edilir. Buna görə də bəzi qruplar məhv etdikləri rus dronlarını Ukraynaya məxsus aparat kimi təqdim etməyə çalışırlar.

Rusiya ordusuna yaxın telegram kanallarda yayılan ironik dialoqda belə deyilir:

— Burada bir dron görmədiniz?
— Hə, indicə vurduq.
— Axı bu bizim idi...
— Onda sadəcə gördük.

İddialara görə, bəzi komandirlər “inandırıcı görünməsi” üçün vurulmuş rus dronlarının üzərinə Ukrayna simvolları, hətta svastika nişanları yapışdırırlar.

Eyni zamanda Ukrayna tərəfinin Hornet və ya “Marsianin-2” adlanan yeni nəsil dronlarla bu mobil qrupları hədəf aldığı bildirilir. Həmin aparatların yüksək sürətə, süni intellektlə hədəf izləmə sisteminə malik olduğu, gecə-gündüz işləyə bildiyi və 60 kilometrədək məsafədə fəaliyyət göstərdiyi qeyd olunur.

Rusiya yönlü hərbi kanallarpilotsuz sistemlərlə mübarizədə Moskvann geri qaldığını etiraf edirlər. Onların fikrincə, mobil internet məhdudiyyətləri və Telegram-ın ləngidilməsi də cəbhədə rabitə və koordinasiyaya əlavə zərbə vurur.

Musavat.com

Chosen
70
musavat.com

1Sources