EN

Lerikdə yük maşını dərəyə aşıb, ölən var

Ajans.az xəbər verir ki, hadisə bu gün Lerik rayonu ərazisində qeydə alınıb. Astara sakini 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.

Faktla bağlı araşdırma aparılır.(APA)

Chosen
8
15
Ajans.az

10Sources