EN

Ukraynanın güclü iqtisadiyyat qurması üçün 20 25 il tələb oluna bilər

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa İttifaqının (Aİ) fəal dəstəyi ilə Ukraynanın güclü iqtisadiyyat qurması üçün 20–25 il vaxt lazım olacaq.

Bizimyol.info xəbər verir ki, bu fikri Aİ-nin müdafiə üzrə komissarı Andrius Kubilius Polşada Ukraynaya dəstək konfransında videomüraciəti zamanı səsləndirib.

“Ukraynanın uğuru Avropa İttifaqının təmin edə biləcəyi bir nəticədir. Ukraynanın Aİ-yə üzvlüyü istiqamətində göstərilən Avropa dəstəyi sayəsində 20–25 il ərzində ölkə iqtisadi gücə çevrilə bilər”, - deyə o bildirib.

Kubilius bu müddəti Ukrayna üçün yaxşı perspektiv kimi qiymətləndirdiyini də vurğulayıb.

“Ukraynadakı belə bir uğur hekayəsi Rusiyanın transformasiyası üçün ilham və imkan yarada bilər”, – deyə o əlavə edib.

Bununla belə, o özü də etiraf edib ki, belə bir ssenarinin reallaşma ehtimalı “demək olar ki, sıfıra bərabərdir”. Bununla yanaşı, o qeyd edib ki, bu halda belə “Avropa İttifaqı bu yolu davam etdirməlidir”.

Kubilius Aİ ölkələrini hazırda Kiyev hakimiyyətinə hərbi dəstəyi artırmağa çağırıb.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
50
bizimyol.info

10Sources