ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Brüsselin son açıqlamaları və atdığı addımlar Gürcüstan-Avropa İttifaqı (Aİ) münasibətlərini sarsıdır və ölkədə radikalizmi təşviq edir”.
525.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Xatırladaq ki, Aİ-nin bu ölkədəki səfiri Pavel Gerçinski Gürcüstanı "qaranlıq bir dövr gözləyir” açıqlamasından sonra XİN-ə çağırılıb.
"Brüsselin Gürcüstana qarşı hazırkı siyasəti, addımları və açıqlamaları tərəflər arasında etimadı sarsıdır və Gürcüstan-Aİ tərəfdaşlığına zərər verir. Təəssüf ki, Brüsselin hərəkətləri yalnız Gürcüstan cəmiyyətini daha da qütbləşdirmək və radikal gündəmi təşviq etmək üçün atılan addımlar kimi qiymətləndirilə bilər", - XİN-in bəyanatda deyilir.
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.