EN

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirdi

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Azərsun” Sənaye Parkında yerləşən “Bakı Qida və Yağ Fabriki” MMC-də “İstehsalat müəssisələrində baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimə Sumqayıt Regional Mərkəzi və “Bakı Qida və Yağ Fabriki” MMC-nin əməkdaşları cəlb edilib.

Təlimin keçirilməsində əsas məqsəd mümkün fövqəladə hallarla mübarizə, o cümlədən istehsalat sahələrində qəzalar zamanı xilasetmə işlərinin aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin müəssisə əməkdaşlarına fövqəladə hallar zamanı davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Chosen
31
1
publika.az

2Sources