Azərbaycan Kubokunda final oyununun vaxtı bəlli oldu
Futbol üzrə Azərbaycan Kubokunda "Sabah" və "Zirə" komandaları arasında keçiriləcək final oyununun başlama saatı müəyyənləşib.
aia.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Mayın 13-də "Palms Sports Arena"da təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək.
aia.az