EN

ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir

Bakı. Trend:

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabadqəsəbəsində təşkil etdiyi ağacəkmə aksiyasında iştirak edib.

Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya vəTəbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası,Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan MikromaliyyəAssosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasıvə Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış müvafiq“Anlaşma Memorandumu" əsasında təşkil olunub.

Memorandumun strateji hədəfi 2023-cü ildən başlayaraq 10 ilərzində ümumilikdə 1 000 000 ağac əkməkdir.

Aksiya Müşfiqabad qəsəbəsində meşə massivinin salınmasıməqsədilə ayrılmış sahədə keçirilib. Başlanğıc günündə 1 hektarərazidə 625 ağac əkilib. Növbəti günlərdə isə ağacəkmə 60 hektarsahədə aparılacaq. Bu il ümumən 37 500 ağac əkiləcək. Müvafiqqurumların, o cümlədən ABB-nin dəstəyi ilə ərazidə damla-sulamasistemi də qurulub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internetsəhifəsi https://abb-bank.az/,937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindənəldə etmək mümkündür.

Chosen
10
9
az.trend.az

10Sources