EN

Gürcüstan: Brüsselin bəyanatları ölkədə radikalizmi təşviq edir

Brüsselin Gürcüstana qarşı hazırkı siyasəti, addımları və bəyanatları tərəflər arasında etimadı sarsıdır. 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu, Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında yer alıb.

Departament qeyd edib ki, Aİ-nin Gürcüstana qarşı siyasəti tərəfdaşlığa zərər verir.

"Brüsselin hərəkətləri yalnız Gürcüstan cəmiyyətini daha da qütbləşdirmək və radikal gündəmi təşviq etmək üçün atılan addımlar kimi qiymətləndirilə bilər", - bəyanatda vurğulanıb.

Xatırladaq ki, Aİ səfiri Pavel Gerçinski Gürcüstanın qaranlıq bir dövrlə üzləşdiyini söyləyib.

Gülşən Şərif

Chosen
2
bakivaxti.az

1Sources