EN

Almaniya Bundestaqının üzvləri Göygöl və Şəmkir rayonlarına səfər ediblər

Bakı, 27 aprel, AZƏRTAC

Ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə Parlamentlərarası İşçi Qrupunun nümayəndə heyəti Göygöl və Şəmkir rayonlarında olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Göygöl rayonunda Almaniya Bundestaqının deputatı, işçi qrupunun rəhbəri Edis Mirze, deputatlar Daniel Köbl, Macit Karaahmetoğlu, Harald Ebner və Sergey Minix rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzovla görüşüb, rayonun tarixi-mədəni irsi və Azərbaycan-Almaniya əlaqələri barədə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri rayonun tarixi məkanları ilə də tanış olublar.

Şəmkir rayonuna gələn qonaqlar burada rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyevlə görüşüblər, almanların bu rayonda məskunlaşmasının tarixi, Şəmkirdəki alman irsi barədə söhbət aparıblar. Sonra qonaqlar Şəmkirdə kilsə ilə tanış olublar, qızılgül plantasiyasına baş çəkiblər.

Chosen
65
10
azertag.az

5Sources