EN

Kir Starmer: İranla bağlı vəziyyətin iqtisadi nəticələri bir müddət davam edə bilər

London, 27 aprel, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer İranla bağlı müharibənin iqtisadi təsirlərini müzakirə etmək məqsədilə hökumətin fövqəladə vəziyyətlər üzrə komitəsinin iclasına rəhbərlik edəcək.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Baş nazir iclasa İngiltərə Bankının nümayəndələrinin də qatılacağını bildirib.

Görüşdə əsas diqqət müharibənin ölkə iqtisadiyyatına, xüsusilə də enerji və yanacaq qiymətlərinə təsirinə yönələcək.

Baş nazir qeyd edib ki, İranla bağlı vəziyyətin iqtisadi nəticələri bir müddət davam edə bilər. O, artıq yanacağın qiymətlərində artımın müşahidə olunduğunu diqqətə çatdırıb.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Chosen
42
46
azertag.az

10Sources